Rektor : "Vəzifədən kənarlaşdırılmaqla bağlı qərar verilsə, uzaqlaşacağam"
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən uzaqlaşdırılacağı ilə bağlı xəbərə münasibət bildirib.
N.Əliyeva bildirib ki, mart ayının 5-də keçiriləcəyi gözlənilən Yeni Azərbaycan Partiyasının qurultayında hansı qərarların qəbul olunacağı hələ ki, bəlli deyil:
"Növbəti qurultayda hansı qərarların qəbul olunacağını heç kəs bilmir. Partiyanın tədbirlər planı var. Partiyada tutduğum vəzifədən kənarlaşdırılmaqla bağlı qərar verilsə, uzaqlaşacağam. Rəhbərlik nə məsləhət görərsə, o da olacaq. Partiyanın rəhbərliyi hər kəsin fəaliyyətindən xəbərdardır. Qəbul olunacaq qərara hörmətlə yanaşacam"./unikal.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın