Rektorun oğlunun ölüm səbəbi bilindi
Xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli vəfat edib.
F.Ələkbərli hemofiliya xəstəliyindən əziyyət çəkib. Mərhum uzun müddətdir ki, müalicə aldığı Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, F. Ələkbərli bir neçə il əvvəl Vatikanın məxfi arxivlərində Azərbaycanın orta əsr tarixinə aid çox qiymətli məlumatları tapmışdı. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun oğludur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın