Repçi narkotik qəbul etdi, öldü

Repçi narkotik qəbul etdi, öldü 

Məşhur Amerika repçisi Mak Millerin meyiti Los-Ancelesdəki evində tapılıb.

26 yaşlı repçinin yüksək dozalı narkotikdən öldüyü bildirilir.

Mak Miller 1992-ci il yanvarın 19-da ABŞ-ın Pittsburq şəhərində yəhudi və irland mənşəli ailədə doğulub. 15 yaşından səhnədə olub.

O, həm də bəstəkar və pradüser kimi də tanınıb. İndiyə kimi 5 albomu işıq üzü görüb. Sonuncu musiqi albomu bu ilin avqustunda çıxıb.

2010-cu ildə Yutub kanalında yerləşdirdiyi "Knosk Knosk" klipi 23 milyon izləyici toplaya bilib./Teleqraf.com/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər