“Repetitorluq təhsili rüşvət və korrupsiya şəbəkəsinə çevirir"

“Repetitorluq təhsili rüşvət və korrupsiya şəbəkəsinə çevirir" - Professor

“Orta məktəblərdə bu gün əsas problem repetitorluqdur. Bu fenomen təhsildə çoxlu fəsadlar törədir. Repetitorluq fərdin təhsilidir, cəmiyyətin inkişafına mənfi təsir edir”.

Bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Professor bildirib ki, repetitorluq dövlətin təhsil siyasətini aparmağa əngəldir. Repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir. Repetitorluq həmçinin tərbiyəyə və vətənpərvərliyə imkan vermir. Biliyin mənimsəməsinə yox, əzbərçiliyə xidmət edir. Bu imkandan istifadə edə bilməyən valideynlər dövlətdən narazı qalırlar: “Repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrupsiya şəbəkəsinə çevirir. Kölgə iqtisadiyyatını alovlandırır”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi