"Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir" - TƏBİB

"Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir" - TƏBİB 

“Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər”.

APA.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

“Normal həyata qayıtmaq istəyirik, amma unutmaq olmaz ki, əsas insanların sağlamlığıdır. Qaydalara əməl edərək karantin rejimindən çıxmaq lazımdır. Ancaq bu gün heç kim buna əməl etmək istəmir. Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir”, - deyə Y. Qarayeva vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi