RƏSMİ MOSKVA FİKİRİNDƏ İSRARLIDIR:

RƏSMİ MOSKVA FİKİRİNDƏ İSRARLIDIR: "Rusiya birgə fəaliyyətin tərəfdarıdır"

“Rusiya qlobal neft bazarındakı vəziyyəti sabitləşdirmək üçün birgə razılaşdırılmış hərəkətlərin tərəfdarıdır”.

Bu barədə TASS Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən xəbər verir.

Onun sözlərinə görə, məhz qeyd olunan mövqe cümə axşamı “OPEC+” (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) çərçivəsində danışıqlar zamanı təqdim ediləcək.

“Mövqeyimiz aydındır: Rusiya qlobal enerji bazarının sabitləşməsi maraqları üçün birgə razılaşdırılmış hərəkətlərin tərəfdarıdır. Bütün digər nüanslar telekonfransda iş prosesi zamanı artıq müzakirə ediləcək”, – deyə Kremlin nümayəndəsi bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi