Respublika Hərbi Prokuroruna yeni müavin təyin edildi
Respublika Hərbi Prokuroruna yeni müavin təyin edilib. Lent.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mehdi Hüseynzadə respublika hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib.
M.Hüseynzadə buna qədər Respublika Hərbi Prokurorluğunda İstintaqa nəzarət şöbəsinin rəisi olub.
Qeyd edək ki, Respublika Hərbi prokuroru Xanlar Vəliyevin müavini olmuş general-mayor Rasim Kazımov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın