Respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq göndərildi-

Respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq göndərildi- AHİK-dən növbəti aksiya-Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 2021-ci il martın 11-də keçirilmiş iclasının qərarına əsasən, xüsusi yardıma və qayğıya ehtiyacı olan şəhid və aztəminatlı ailələrə sosial dəstək məqsədilə növbəti dəfə ərzaq sovqatının göndərilməsi qərara alınmışdır.

Faktinfo.az xəbər verir ki,Martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maddi və mənəvi yardımlar göstərilməsi istiqamətində keçirdiyi tədbirlərə müvafiq olaraq, təşkil etdiyi maşın karvanları ərzaq sovqatlarının ünvanlara çatdırılması məqsədilə ölkənin 76 şəhər və rayonuna yola düşmüşdür. Azərbaycanın bütün bölgələrini əhatə edən, 3900 aztəminatlı ailəyə veriləcək ərzaq işinin təşkilində yerlərdəki həmkarlar ittifaqı fəalları da iştirak edəcək.

Yeri gəlmişkən qeyd edək ki, koronavirus pandemiyası dövrü- 2020-ci il aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası aztəminatlı ailələrə maddi və mənəvi yardım göstərilməsi məqsədilə respublikanın 76 şəhər və rayonlarında yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatı göndərib.

Sayta verilən məlumatda o da bildirilir ki,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən cəmiyyətimizin həssas kateqoriyaya mənsub olan təbəqəsinə maddi və mənəvi yardım göstərilməsi gələcəkdə də davam etdiriləcək.


Respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq göndərildi-Respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq göndərildi-Respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq göndərildi-Respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq göndərildi-Respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq göndərildi-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi