Restoranlar iyula qədər açılmayacaq
Koronavirusla əlaqədar Britaniyada bərbərxanalar, kafe və restoranlar iyula qədər açılmayacaq.
"Sky News" verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raab deyib.
"Britaniyalılar iyulun 4-dək bərbərxanalarda saçlarını kəsdirə, restoranlardada nahar edə və pivəxanalara baş çəkə bilməyəcəklər", - deyə nazir bildirib. XİN başçısı Britaniya vətəndaşlarını bu il yay tətilini xarici ölkələrdə keçirməyi təxirə salmağa çağırıb.APA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın