Ronaldo vahid lider oldu – Bombardirlərin yarışı
Mərakeşlə matçda (1:0) komandasının yeganə qoluna imza atan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2018-in bombardirlik yarışında vahid lider olub.
Qol.az-ın xəbərinə görə, 2 oyundan sonra onun ehtiyatında 4 qol var.
Ümumilikdə, DÇ-2018-in bombardirlər siyahısında son vəziyyət belədir:
1. Kriştiano Ronaldo (Portuqaliya) – 2 oyun, 4 qol
1. Denis Çerışev (Rusiya) – 2 oyun, 3 qol
3. Dieqo Kosta (İspaniya) – 1 oyun, 2 qol
3. Romelu Lukaku (Belçika) 1 oyun, 2 qol
3. Harri Keyn (İngiltərə) – 1 oyun, 2 qol
3. Artem Dzyuba (Rusiya) – 2 oyun, 2 qol
Daha 23 futbolçusu isə hərəyə 1 qol vurub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın