“Röyal Bank”ın axtarışda olan direktoru həbs edildi

“Röyal Bank”ın axtarışda olan direktoru həbs edildi 

8 ildən artıqdır beynəlxalq axtarışda olan "Röyal Bank”ın direktoru həbs edilərək Azərbaycana gətirilib.

Cam Fuad Əli oğluna Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və beynəlxalq axtarışa verilmişdi.


Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə Cam Fuad Əli oğlu barəsində həbs-qətimkan tədbiri seçilib.


Qeyd edək ki, Cam Fuad Əli oğlu bir neçə ölkənin vətəndaşlığını daşıyıb. Onu gah ABŞ-da, gah da Dubayda olduğu barədə informasiyalar dolaşırdı.


Xatırladaq ki, Fuad Cam ləğv olunan "Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub./yenisabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi