Roza Zərgərli obrazında dəyişiklik edib -Fotosessiya
Müğənni Roza Zərgərli yenidən obyektiv qarşısına keçib.
Axşam.az xəbər verir ki, sənətçi bu dəfə də obrazında dəyişiklik edib. Belə ki, Roza saçlarını tündləşdirib və uzadıb.
İfaçının stili üzərində Babək Qədirov çalışıb. R.Zərgərli bildirib ki, bu günlərdə bir neçə obrazda fotosessiya etdirib. İfaçı yaxın günlərdə növbəti işlərini təqdim edəcəyini deyib:
"Avqust başlayandan ancaq vaxtımı yaradıcılığıma sərf edirəm. Qarşıda yeni klipim var. Maraqlı bir süjet xətti düşünmüşük. Ümid edirəm tamaşaçılar bəyənəcək".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın