
Rubl bu halda zəifləyəcək
Rublun zəifləməsi üçün hazırda heç bir səbəb yoxdur, amma buna gələcəkdə ABŞ prezident seçkisi ucbatından dünya bazarlarında yaranacaq volatillik, eləcə də yeni beynəlxalq sanksiyalara münasibətdə qeyri-müəyyənlik şərait yarada bilər.
Bunu Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru Yevgeni Koqan deyib. O, rublun 2020-ci ilin əvvəllərində dollara münasibətdə 17%, mart ayında isə 24% zəiflədiyini bildirib:
“Əgər sanksiya faktoru gücləsə, rubl zəifləyəcək. Bunun iqtisadiyyatdan çox, geosiyasətə aidiyyəti var”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın