Rubl kəskin ucuzlaşdı - "Gələn ildən daha çox dəyər itərəcək..."
Rubl yenidən ucuzlaşdı. Rusiya milli valyutasının rəsmi məzənnəsi son 10 gündə ABŞ dollarına nisbətən 57.5 kursundan 64.0-dək dəyişib. Bu o deməkdir ki, rubl yalnız son 10 gündə 11.0 faiz dəyər itirib.
İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, rublun ucuzlaşması Avropa İttifaqının 8-ci sanksiyalar paketini təsdiq etməsi və Krım körpüsünün partladılmasından sonra Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyması ilə bağlıdır,deyə - Vüqar Bayramov qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın