RUS AVİAŞİRKƏTLƏRİ BİR-BİR SIRADAN ÇIXIR - Bakı reysləri də ləğv olunur

RUS AVİAŞİRKƏTLƏRİ BİR-BİR SIRADAN ÇIXIR - Bakı reysləri də ləğv olunur 

Rusiyanın ən böyük aviaşirkətlərindən biri olan S7 bütün xarici aviareyslərini ləğv edib.

 Rusiya mətbuatı xəbər verir ki, şirkət bununla bağlı yayımladığı rəsmi məlumatda müştərilərə satılan biletlərin qaytarılacağını vəd edib. Həmçinin qeyd olunub ki, xaricdə qalan rusiyalıların evə dönməsini xarici tərəfdaş aviaşirkətlər həyata keçirəcək.

“Uralskiye avialinii” şirkəti də xarici reyslərini bir-bir ləğv etməyə başlayıb. Şirkətin bu gün yaydığı məlumatda martın sonunadək Azərbaycan, Ermənistan, BƏƏ, İsrail kimi ölkələrə uçuşların dayandırıldığı qeyd olunur. Həmin vaxtdan sonra reyslərin bərpa olunub-olunmayacağı isə hələ bilinmir.

Xatırladaq ki, Ukraynaya hücum səbəbindən Avropa ölkələri, eləcə də ABŞ və Kanada öz hava məkanını Rusiya aviaşirkətləri üçün bağlayıb. Təyyarə istehsalı ilə məşğul olan xarici şirkətlər isə Rusiyaya ehtiyat hissələri satmayacaqlarını bəyan ediblər./Azpolitika.az









Birinci məlumatlanmaq üçün facebook səhifəmizi