Rus hərbçiləri ermənilərə yardım askiyası keçirdi
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları 120-dən çox erməniyə tibbi yardım göstərib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, rus sülhməramlıları humanitar-tibbi aksiya çərçivəsində “ucqar yaşayış məntəqəsi”nin sakinlərinə yardım göstəriblər. Onlar ümumi çəkisi 4 tondan çox olan ərzaq və mətbəx avadanlıqlarını Çapar kəndinin əhalisinə veriblər.
Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin Xüsusi Təyinatlı Tibbi Bölməsinin mütəxəssisləri standart pnevmatik çərçivəli çadırda vətəndaşların qəbulunu keçiriblər. Hərbi həkimlər xüsusən terapevtik, cərrahi və oftalmoloji yardım göstəriblər./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın