Rus ordusu hərəkət edə bilmir, dayanıb və məhv edilir
Rusiyanın işğalçı ordusunun Ukraynada hücumu faktiki olaraq donub.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, buna səbəb resurs çatışmazlığıdır:
“Bu gün Rusiya-Ukrayna müharibəsinin bir ayı tamam olur. İndi biz yada sala bilərik ki, onlar 3 sutkaya Kiyevi tutmaq istəyirdilər. Hazırda cəbhə faktiki olaraq donub. Baş Qərargah, MN və Ukrayna Silahlı Qüvvələri bildirirlər ki, düşmən bir çox istiqamətlərdə hücum edə bilmir, çünki resursları yoxdur. Düşmən yerindəcə dayanıb və yanacaq, sursat və digər təminat toplamağa çalışır. Çılpaq və ayaqyalın işğalçı”.
Arestoviç qeyd edib ki, düşmənin yeganə hücum etdiyi istiqamət İzyum, Marinku və Mariupol, nisbətən də Dneprin şərq sahili, Xersondur:
“Ancaq deməliyik ki, o istiqamətlərdə düşmən faktiki olaraq müdafiə olunur. İndi deyə bilərik ki, onları bir ay sonra nələr gözləyir. Onlar yerində dayandıqca müxtəlif partlayışlar baş verəcək. Məsələn, bu gün ilkin məlumata görə, Rusiyanın 49-cu ordusunun cənubdakı ön komanda məntəqəsi məhv edilib, o cümlədən təxminən 400 dəniz piyadası, 20 tank və 45 MTR daşıyan böyük desant gəmisi Berdyansk limanında gözlənilmədən partlayıb”.
Bu xəbər üçün şərh yazın