Rus ordusu sərhəddədir, görək NATO nə deyir

Rus ordusu sərhəddədir, görək NATO nə deyir 

Videokonfrans sammiti ilə NATO indi öz mövqeyini müəyyənləşdirməli və nə edəcəksə, onu etməlidir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bildiyiniz kimi, indiyədək Ukraynaya əsgər göndərmək kimi ciddi vəziyyətlə üzləşməmişik. Hamı sadəcə sözlə işləyir, heç kim iş görmür. Rusiya sərhəddə ciddi hərbi gücə malikdir. Təbii ki, bu tablo qarşısında hansı nəticənin ola biləcəyini təxmin etmək üçün kahin olmağa ehtiyac yoxdur.

Bu baxımdan görək NATO-ya üzv olan ölkələrin liderləri bu videokonfransda nə deyəcəklər. Təbii ki, onların deyəcəklərinə görə nə deyəcəyimizi müəyyənləşdirəcəyik və mövqeyimizi ortaya qoyacağıq”, - Ərdoğan bildirib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi