Rusiya Bankı uçot dərəcəsini 7%-ə endirib
Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının bu gün keçirilmiş iclasında uçot dərəcəsini daha 0,25% azaldılaraq 7,25%-dən 7%-ə endirilməsi barədə qərar qəbul edilib.
Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Bu, 2019-cu il ərzində qonşu ölkədə uçot dərəcəsinin 3-cü dəfə azaldılmasıdır. Xatırladaq ki, Mərkəzi Bank uçot dərəcəsini bu il iyunun 14-də 7,75%-dən 7,5%-ə, iyulun 26-da isə 7,5%-dən 7,25%-ə endirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın