Rusiya bankları mənfəətsiz qalıb - Gəlirləri 12 dəfə azalıb
Rusiya bankları 2022-ci ilin yekunlarına görə cəmi 203 mlrd. rubl mənfəət əldə ediblər.
Bu barədə Rusiya Mərkəzi Bankının rəsmi hesabatında deyilir.
Hesabatda bildirilir ki, bu göstərici 2021-ci ilin müvafiq nəticələrindən 12 dəfə aşağıdır. Belə ki, 2021-ci ildə Rusiya banklarının ümumi mənfəəti 2.4 trilyon rubl təşkil etmişdi.
Sənəddə göstərilir ki, banklar 2022-ci ilin birinci yarısını 1.5 trilyon rubl ziyanla başa vurublar. İlin ikinci yarısında isə mənfəət əldə ediblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın