Rusiya "Bayraqdar"a qarşı yeni sistem yaradır
Rusiyalı mütəxəssislər PUA-lara qarşı dünyada ilk dəfə “havada mina” sistemini yaradıb.
Bu sözləri Rusiyanın “Rostex” şirkətinin nəzdindəki ZALA AERO-nun rəhbəri Aleksandr Zaxarov deyib.
Onun sözlərinə görə, “havada mina” sistemi daha əvvəl Rusiyada yaradılmış “Lanset” PUA-larının əsasında ərsəyə gətiriləcək:
“Daha əvvəl əldə etdiyimiz 300 km/s sürəti ilə bunu rahatlıqla edə bilərik”.
Qeyd edək ki, Zaxarovun istifadə etdiyi “havada mina” ifadəsi bir neçə PUA-nın havada patrul xidməti göstərməsi və digər PUA-ların keçə bilməyəcəyi manenin yaradılması anlamına gəlir. Belə ki, on saatdan artıq havada qala bilən “Lanset” PUA-ları, bir növ, “havada mina” şəbəkəsi yaradır.
Ukraynanın Türkiyənin “Bayraqdar” PUA-ları əldə etməsindən sonra Rusiya tərəfindən belə açıqlama verilməsi xeyli suallar doğurub./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın