Rusiya dollardan imtinaya görə milyardlar itirdi
Rusiya valyuta ehtiyatlarındakı dolları avro, yuan və qızılla əvəz etmək qərarını verdikdən sonra 7,7 milyard dollar itirib.
Bu məlumatı “Blumberq” agentliyi yayıb. Agentlik Moskvanın dedollarizasiya nəticəsində yaranan itkiləri qızıla yatırımlar edərək, qismən kompensasiya edə biləcəyini bildirib.
Qeyd edək ki, hazırda Rusiyanın Avropa Birliyinə ixracatda avro ilə hesablaşma payı 32%-dən 42%-ə yüksəlib. Ölkənin rezervlərinin isə 40%-i hazırda qızılla saxlanılır. Bu da 2000-ci ildə bu yana qeydə alınan ən böyük rəqəmdir./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın