"Rusiya döyüş meydanında müharibə aparmaq iqtidarında deyil" - Mixaylo Podolyak

"Rusiya döyüş meydanında müharibə aparmaq iqtidarında deyil" - Mixaylo Podolyak 

“Demək olar ki, bütün şəhərlərimiz atəşə məruz qalıb. Rusiya döyüş meydanında konvensional müharibə aparmaq iqtidarında deyil.

Artıq sübut olunub ki, onların quru qoşunlarının effektivliyi son dərəcə aşağıdır. Bu səbəbdən əsas gücü böyük şəhərlərə aviasiya və raket zərbələrinin endirilməsinə veriblər”.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Report.az-ın Şərqi Avropa bürosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Kiyev vilayətində olduğu kimi kiçik şəhərlər və kəndlərin də demək olar ki, 50-60 % dağıdılıb: “Mariupol şəhərinin 90 %-i məhv edilib. Bu, Rusiyanın taktikasıdır. Onlar düşünürlər ki, 50 gündən artıq müddətdə davam edən gecə hücumları ilə ictimai rəyi qorxuda, vətəndaşları yaşayış yerlərini, ölkəni tərk etməyə məcbur edə, yaxud hökumətin Rusiya ilə sərfəli olmayan sülh müqaviləsi imzalaması üçün təzyiq göstərə bilərlər.

Rusiyanın Ukraynadakı taktikasını Suriyadakı müharibə taktikası adlandırardım. Bu taktika Xarkov kimi böyük şəhəri mühasirəyə alaraq, ora ərzaq məhsullarının, dərman vasitələrinin, suyun çatdırılmasının qarşısını almaqdan, uşaqların və yaralıların şəhərdən çıxarılmasına imkan verməməkdən və eyni zamanda kütləvi bombardman həyata keçirməkdən ibarətdir. Şübhəsiz ki, biz nəinki gözləyirik, hətta, demək olar ki, hər gün bu və ya digər regionda gecə saatlarında qanadlı raketlərin partlamasına şahidlik edirik”.







Birinci məlumatlanmaq üçün facebook səhifəmizi