“Rusiya elitası sakit dəhşət içərisindədir” - Onlar ölkədən qaçırlar

“Rusiya elitası sakit dəhşət içərisindədir” - Onlar ölkədən qaçırlar 

“Cümə axşamı(fevralın 24-ü nəzərdə tutulur-red.) günün birinci yarısında Moskvadan çoxlu sayda çarter reysləri uçub və onların geri qayıtmaq istəyi yoxdur”.

Bunu “The Economist”-in analitiki Arkadi Ostrovski “Dojd” telekanalına açıqlamasında deyib.

Analitik qeyd edib ki, Rusiya siyasi və biznes elitası hazırda baş verənləri dəhşət içərisində izləyir: “Onlar bu qərarın fəlakətli olduğunu anlayırlar. Rusiya elitası hazırda sakit dəhşət içərisindədir. Onlar həm Rusiyada, həm də artıq Qərbdə risk altında olduqlarını anlayırlar. Elita bu qərarı dəstəkləmir. Güc strukturlarının elitası bəlkə də bundan nəsə qazanacağını düşünür. Lakin bu, sivil, qərbpərəst elita üçün təhlükəlidir. Hətta Boris Yeltsinin qızı da bu qərarın əleyhinədir. Bu siyasət Kremlin ətrafındakı elitanı girov götürüb”./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi