"Rusiya ikitərəfli münasibətləri birbaşa qondarma rejimlə qurur" - Qubad İbadoğlu
"Qondarma Dağlıq Qarabağ Respublikanın "prezident"i Arayik Arutyunyan bugün Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi Hərbi Prokurorunun birinci müavini, polkovnik Dmitri Şuvarkin ilə görüşüb.
Arutyunyan Facebook səhifəsində görüşdə Qarabağdakı "Azərbaycan təcavüzü" (bu ifadə Arutyunyana məxsus olduğuna görə dırnaq arasındadır) nəticəsində yaranan humanitar vəziyyəti müzakirə etdiyini bildirib. Arutyunyan həmçinin Vladimir Putinin fərmanına uyğun olaraq Xankəndində İdarələrarası Humanitar Mübarizə Mərkəzinin yaradılmasını alqışlayıb".
Bunu iqtisadçı alim Qubad İbadoğlu "Facebook" hesabında yazıb.
O qeyd edib ki, Rusiya artıq ikitərəfli münasibətləri birbaşa qondarma rejimlə qurur, Xankəndində mərkəzlər qurur: "Rusiya Müdafiə Nazirliyi Xankəndində İdarələrarası Humanitar Mübarizə Mərkəzi yaratmağa başlayıb. Proses 20 noyabradək tam başa çatacaq. Bu Mərkəzi Rusiyanın "Qarabağ üzrə höküməti" də adlandırmaq olar. Çünki, onun adı humanitar olsa da Mərkəz MN, XİN, DİN, FTX, FH və digər dövlət orqanlarının təmsilçilərindən formalaşdırılır"./Bakupost.az
Q.İbadoğlu əlavə edib ki, Arutyunyanın gerbinə və bayrağına diqqət edin. Azərbaycan baş prokurorluğunun cinayət işi açdığı bu quldur Arutyunyan əvvəlki kimi işinin başındadır: "Fotoda Arutyunyanın gerbinə və bayrağına diqqət edin. Azərbaycan rəsmiləri bu məsələyə dair rəsmi mövqe qoymalıdırlar".
Bu xəbər üçün şərh yazın