“Rusiya iqtisadiyyatı bu il 2 milyon iş yerindən məhrum olacaq” –

“Rusiya iqtisadiyyatı bu il 2 milyon iş yerindən məhrum olacaq” – “Kommersant”

Rusiya iqtisadiyyatında iş yerlərinin sayı bu ilin sonuna kimi 2 milyon azalacaq və bunun nəticəsində ölkədə işsizlik hazırkı 4,4 faizdən 7,1-7,8 faizə sıçrayacaq.

Hadisələrin daha az kəskin inkişafı şəraitində göstərici 6,4- 6,5 faiz yüksələcək - «Kommersant» qəzeti strateji işləmələr Mərkəzinə istinadla xəbər verir.

Analitiklərin ehtimal etdikləri kimi, uzunmüddətli perspektivdə Rusiyada məşğulluğu yenidənqurma strukturu gözləyə bilər - avtopromda, metallurgiyada və tikintidə iş yerlərinin ixtisarı fonunda yüngül sənayedə və İT-texnologiyalarda əməkdaşlara tələbat yüksələcək.

Bundan əvvəl artıq yüzlərlə xarici firma, o cümlədən məşhur brendlərin istehsalçıları Rusiya bazarını müvəqqəti və ya tam olaraq tərk ediblər - onlar Ukraynadakı situasiyaya və Qərbin sanksiyalarına belə reaksiya veriblər./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi