Rusiya İran dronlarını kütləvi hücuma göndərir –

Rusiya İran dronlarını kütləvi hücuma göndərir – “Onları məhv etmək çətindir”

Rusiya ordusu bu gün Odessa şəhərinə kütləvi dron hücumlarına başlayıb.

 Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə səmada müxtəlif hündürlükdə pilotsuz uçan aparatlar görünür. Onlardan birinin Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu bildirilir.

Hərbi ekspert Aqil Rüstəmzadə bildirir ki, müharibənin əvvəlindən Ukraynanın kamikadze dronlar alınmasının zərurliyi ilə bağlı təkliflər verib. "Amma təəssüf ki, təkliflərim Ukraynada deyil, Rusiyada eşidildi", - o əlavə edib.

Ekspert qeyd edir ki, Rusiya “Geran-2” (Şahed-136) kamikadze pilotsuz aparatlarından istifadəni getdikcə artırır və Ukrayna ordusunun arxa cəbhəsinə zərbələri intensivləşdirir: "Bu gün bu dronlar ilk dəfə Odessaya uçdu. Bəzi məlumatlara görə, liman bölgəsinə zərbələr endirilib. İranın Yaxın Şərqdə bu pilotsuz aparatlardan istifadəsi zamanı təsdiq olundu ki, hava hücumundan müdafiə sistemləri və radarların onları aşkarlaması və məhv etməsi son dərəcə çətindir. Çünki bu dronlar alçaq hündürlükdə, aşağı sürətlə uçur, gövdəsi isə radar görüntüsünü məhdudlaşdırmaq üçün pətək quruluşlu kompozit materiallardan hazırlanıb. Beləliklə, onu görən kimi yerdən hər şeylə atəş açaraq vurmağa çalışırlar".












Birinci məlumatlanmaq üçün facebook səhifəmizi