Rusiya iyulun 1-dən Türkiyəyə uçuşları bərpa edə bilər - KİV

Rusiya iyulun 1-dən Türkiyəyə uçuşları bərpa edə bilər - KİV 

Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahı iyulun 1-dən etibarən Türkiyəyə uçuşların bərpası məsələsini nəzərdən keçirir.

APA.az-ın xəbərinə görə, bu barədə "Forbes" iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiyanın cənubundakı kurortlar həddindən artıq yükləndiyindən, bu ölkədə koronavirusun yayılmasını sürətləndirə bilər və belə olan halda səlahiyyətli şəxslər Türkiyəyə uçuşların bərpasına dair qərar verə bilər.

Operativ Qərargahdakı çalışan mənbənin sözlərinə görə, həftədə yeddi reys açıla bilər. Uçuşları hansı aviaşirkətin həyata keçirəcəyi hələlik məlum deyil.

“Qərar verildikdən sonra bununla bağlı əlavə məlumat veriləcək”, -deyə mənbə bildirib.

Qeyd edək ki, Rusiya hökuməti COVID-19-la mübarizə çərçivəsində 15 aprel-1 iyun tarixlərində Türkiyəyə uçuşları dayandırıb. Bu məhdudiyyət daha sonra iyunun 21-dək uzadılıb. Hazırda yalnız həftədə iki dəfə İstanbuldan Moskvaya uçuş həyata keçirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi