Rusiya komandolarının məhvini yayan saytı blokladı

Rusiya komandolarının məhvini yayan saytı blokladı 

“Roskomnadzor” Ukraynada baş verən hadisələr barədə onlayn məlumat yayan “Tayga.info” saytını əngəlləyib.

Faktinfo.az Axar.az-a istinadla  xəbər verir ki, barədə nəşrin Tvitter səhifəsində məlumat verilib.

“Biz tələblərin mahiyyətini başa düşmürük. İşi davam etdirmək üçün hələlik görüntüləri saytdan silməli olduq. Bu barədə “Roskomnadzor” məlumatlandırılıb. Amma əngəlləmə hələ də davam edir”, - redaksiyadan bildiriblər.

“Tayga.info” saytı yalnız VPN vasitəsilə açıla bilər.

Qeyd edək ki, bu sayt Ukraynada məhv edilən Rusiya xüsusi təyinatlıları haqda görüntüləri yayması ilə son günlər ciddi mənbə rolunu oynayırdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi