"RUSİYA MAKSİMUM 10 GÜN DÖYÜŞƏ BİLƏR..." - Generaldan sensassiyalı açıqlama
Rusiya-Ukrayna müharibənin 20-ci günündə Böyük Britaniyanın Kəşfiyyat mənbələrindən təəccüblü bir iddia irəli sürülüb.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, rus qüvvələri Ukrayanda tam gücü ilə maksimum 10-14 gün döyüşə bilər.
Generalın sözlərinə görə, rusların kifayət qədər şəxsi heyəti, vaxtı çatmır, onun da döyüş sursatı tükənir: “Təxminən 10 gün ərzində... Gərək Ukrayna qüvvələrinin təchizatını artıraq ki, onlar Rusiya artilleriyasını, ordusunu məhv etmək və raket zərbələrini dəf etmək imkanına malik olsunlar. Bir şərtlə ki, biz bunu edək. 10 gün ərzində ruslar bu müharibədə daha aktiv döyüş əməliyyatları apara bilməyəcəkləri nöqtəyə çatacaqlar”.
General hesab edir ki, Ukrayna tərəfi Rusiyanın imkanları tükənənə qədər sağ qalmağı bacarmalıdır.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın