Rusiya Moskva aksiyalarına görə iki ölkəni ittiham etdi
Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Almaniyanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.
Bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, ABŞ və Almaniya səfirliklərinin diplomatları, dövlət KİV-ləri Moskvada qanunsuz mitinqlərin yayımı ilə bağlı qaydaları pozublar. O bu məsələ ilə Rusiya XİN-in ABŞ və Almaniya tərəfinə rəsmi müraciət ünvanladığını bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın