Rusiya ordusunun general-mayoru Andrey Kolesnikov öldürüldü
Rusiya ordusunun general-mayoru Andrey Kolesnikov Ukraynada davam edən döyüşlərdə məhv edilib.
Bununla bağlı Ukrayna mətbuatı ölkənin Daxili İşlər nazirinin müşaviri Anton Geraşenkoya istinadla məlumat yayıb.
Xəbərdə deyilir ki, general Kolesnikov Rusiya Şərq Hərbi Dairəsinin 29-cu ordusunun komandanı olub. Hələlik generalın hansı istiqamətdə və hansı şəraitdə məhv edilməsinə dair məlumat verilmir. Bu barədə bir qədər sonra ətraflı məlumat yayılacağı gözlənilir.
Qeyd edək ki, bunadək Ukraynada Rusiya ordusunun 2 generalı öldürülmüşdü.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın