“Rusiya qarşısında diz çöküb görüş tələb etməyəcəyik” - Zelenski
Prezident Volodimir Zelenski bildirib ki, ukraynalılar danışıqlar üçün Rusiya ilə yeni görüş tələb etmək üçün diz çökməyəcəklər. Dövlət başçısı əlavə edib ki, müharibəyə son qoymaq üçün Moskvanın istəyi lazımdır.
Report.az xəbər verir ki, bu barədə Zelenski Hindistanın “Republic Media Network” telekanalına müsahibəsinə deyib.
“Düşünürəm ki, Rusiya Federasiyası ilə (təhlükəsizlik zəmanətləri üzrə - red.) görüşmək daha yaxşı olardı, bu, sadəcə görüş xatirinə görüş olmasın, əksinə, müəyyən qədər də konkretliklər olsun”, - Zelenski bildirib.
Dövlət başçısı əlavə edib ki, Ukrayna tərəfi danışıqlar prosesinin paralel formatda aparılmasının əleyhinə deyil. Onun sözlərinə görə, bu, bir-iki ildən sonra görüşü gözləməkdən yaxşıdır.
Zelenski vurğulayıb ki, Ukrayna müharibənin bu qədər uzun müddət davam etməsini istəmir. Lakin istənilən müharibədə bir neçə tərəf olur və burada Moskvanın istəyinin olması vacibdir.
“Çünki heç kim onlardan diz çökərək görüş, çağırış, müharibənin başa çatması üçün xahiş etməyəcək”, - Zelenski fikirlərini yekunlaşdırıb.
Bu xəbər üçün şərh yazın