Rusiya Qazaxıstana desant və daxili qoşun hissələri yeritməyə hazırlaşır

Rusiya Qazaxıstana desant və daxili qoşun hissələri yeritməyə hazırlaşır 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə Qazaxıstana "yardım göstərərkən" Rusiya Federasiyası KTMT Kollektiv Operativ Reaksiya Qüvvələrinin Rusiya hissəsindən istifadə edə bilər.

Bu barədə "Ranşe vsex. Nu poçti" Telegram kanalı mənbəyə istinadən yazır.

Kollektiv Operativ Reaksiya Qüvvələrinin Rusiya hissəsinə Ulyanovskdan olan 31-ci əlahiddə qvardiya hava-desant-hücum briqadası və İvanovodan 98-ci qvardiya hava-desant diviziyası daxildir. Qazaxıstana "yardımın" Tula və Kostroma vilayətlərində yerləşən hava-desant qüvvələri tərəfindən göstəriləcəyi də planlaşdırılır.

Bundan əvvəl Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin KTMT-nin yardımından istifadə etmək xahişinə cavab verməyə çağırıb. O xatırladıb ki, təşkilat müqavilədə iştirak edən ölkələrdə yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə yaradılıb.

Tokayev "ölkədəki vəziyyətlə bağlı kömək üçün" KTMT tərəfdaşlarına müraciət edib. O, müraciəti "məqsədəuyğun və vaxtında edilən" hesab etdiyini də bildirib.

Qazaxıstanda etirazlar bazar günü başlayıb. Yanvarın 5-də bütün ölkədə fövqəladə vəziyyət elan edilib./virtualaz.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi