“Rusiya sülhməramlıları Qarabağdan çıxaracaq”

“Rusiya sülhməramlıları Qarabağdan çıxaracaq” 

Xəbər verdiyimiz kimi, Amerika Müharibənin Tədqiqi İnstitunun (ISW) analitkləri Putinin Suriya və Qarabağdan hərbiçilərini çıxaracağını deyiblər.


“ISW çoxdan hesab edir ki, Rusiya qüvvələri Suriya kimi digər münaqişə zonalarından texnika və şəxsi heyəti köçürür. Eləcə də müharibənin uzun zamanda davam etdirilməsi üçün Suriyadakı və Qarabağdakı hərbçiləri çıxarıb Ukraynadakı savaşa cəlb edə bilər”, - deyə analitiklər qeyd edib.

 

Bəs, bu, həqiqətən mümkündürmü? Rusiya Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrini geri çağıra bilərmi? 

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, bu, çox real bir ssenaridir.

 

“Çünki artıq biz görürük ki, qismən də olsa, həm Qarabağdan, həm Ermənistandan, həm də Suriyadan müxtəlif növ silahlar çıxarılıb. Bu və ya digər bölmələr artıq Ukrayna cəbhəsində olublar. Bu barədə məlumatlar var. Məntiqi bir ssenaridir, hadisələrin inkişafıdır. Çünki Rusiyanın indi imkanları tam şəkildə Ukraynaya qarşı cəmləşir. Bu baxımdan köhnə imic layihələrin bağlanması çox real görsənir”,- deyə politoloq qeyd etdi./Redaktor.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi