"Rusiya sülhməramlılarının komandanı özünü ermənilərin himayədarı kimi aparır" - Sədr müavini

"Rusiya sülhməramlılarının komandanı özünü ermənilərin himayədarı kimi aparır" - Sədr müavini 

"Rusiya sülhməramlılarının komandan Andrey Volkov iki xalq arasında sülhməramlı rolunu oynamır, özünü ermənilərin himayədarı kimi aparır".

Bunu Report.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində İctimai Şuranın sədr müavini Nərminə Qəribova deyib.

Beş saatdan artıqdır Şuşa-Xankəndi yolunda olduğunu bildirən sədr müavini aksiyada səsləndirilən şüarların təbiət, gələcək və həyat naminə olduğunu söyləyib. N.Qəribova etirazçıların bu əraziyə xoşməramlı məqsədlə gəldiklərini vurğulayıb.

Onun sözlərinə görə, təbiəti müdafiə dünyanı müdafiə deməkdir: "Lakin öz təbiətimizə qarşı böyük ekoloji terroru görürük. Biz burada Rusiyanın Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovla görüşmək istəyirik. Lakin belə bir vəziyyət müşahidə olunur ki, Volkov iki xalq arasında sülhməramlı rolunu oynamır, o, özünü daha çox ermənilərin himayədarı kimi aparır. Bizi qarşılamaq istəmir".

N.Qərimova hesab edir ki, bu, Azərbaycan xalqına qarşı hörmətsizlikdir: "Biz vətəndaş cəmiyyəti və media olaraq dəyanətli Azərbaycan xalqının nümayəndələriyik və biz çox güclüyük. Hava şəraitinin soyuq keçməsinə baxmayaraq Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən çadırlarımız qurulub və biz burada aylarla qala bilərik. Əsas odur ki, təbiətimiz və ölkəmizi qoruyaq. Ümid edirik ki, Volkovu bura göndərən dövlət tərəfindən ona layiqli qiymət veriləcəkdir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi