Rusiya təyyarələri Cənubi Koreyanın hava məkanına girdi -

Rusiya təyyarələri Cənubi Koreyanın hava məkanına girdi - QIRICILAR ATƏŞ AÇDI

Cənubi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Rusiya Hərbi Kosmik Qüvvələrini ölkənin hava məkanını pozmaqda ittiham edib.

Komitə Rusiya hərbi təyyarəsinin Yapon dənizi istiqamətində ölkənin hava məkanını iki dəfə pozduğunu bildirib.

Rusiya təyyarəsinin Cənubi Koreyaya girməsiylə əlaqədar rəsmi Seul havaya F-15K və F-16K qırıcılarını qaldırıb. Qırıcılar siqnal raketləri buraxıb və xəbərdarlıq atəşi açıblar. Rus təyyarəsi Cənubi Koreya hava məkanında 6 dəqiqə qaldıqdan sonra ölkə ərazisini tərk edib. Amma 18 dəqiqə sonra yenidən Cənubi Koreya hava məkanına daxil olub və bu dəfə burada 4 dəqiqə qalıb.

Cənubi Koreya Müdafiə Nazirliyi yaranan insidentlə bağlı Rusiya səfirinə Seulun etirazını çatdıracağını vurğulayıb./Virtualaz.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi