Rusiya təyyarələri “Fərat qalxanı” bölgəsinə hücum etdi – Dinc vətəndaşlar arasında ölən və yaralananlar var – Evlər uçurulub
Suriyanın şimalındakı Bab rayonuna hava hücumları nəticəsində 1 nəfər həlak olub, 11 nəfər yaralanıb. Bab rayonunun mərkəzindəki dinc yaşayış məntəqələrinə iki hava hücumu edilib.
Hərbi müxaliflərə məxsus müşahidə evinin məlumatına görə, hücumları Rusiyaya məxsus hərbi təyyarə edib və Rusiya təyyarələri Babda uçuşlarını davam etdirir.
Hadisə yerinə gəlmiş Mülki Müdafiə dəstələri (Bəyaz Beretlilər) yıxılan binaların altında xilasetmə işlərini davam etdirirlər.
Bəlli olduğu kimi, 2017-ci ilin fevral ayında, “Fərat qalxanı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri ilə Suriya Milli Ordusu Bab rayon mərkəzini İŞİD terror təşkilatının işğalından xilas etmişdilər./Hurriyyet.org
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın