Rusiya təyyarələrlə Sudandan qızıl daşıyır - CNN gizli əməliyyatın detallarını açıqladı

Rusiya təyyarələrlə Sudandan qızıl daşıyır - CNN gizli əməliyyatın detallarını açıqladı 

"Rusiya gizli şəkildə Sudandan qızıl ixrac edir və bu başqa mallar, xüsusən də peçenye ixracı kimi sənədləşdirilir".

AzPolitika.info xəbər verir ki, bu barədə ABŞ-da yayımlanan məşhur CNN telekanalı məlumat yayıb. Araşdırmada qeyd olunur ki, son il yarımda Sudandan Rusiyaya qızıl yüklənmiş ən azı 16 təyyarə göndərilib. Jurnalistlərin müxtəlif mənbələrdən aldıqları məlumatlara görə, Sudanın hərbi rəhbərliyi özü də qızılın ixracına imkan verən və bununla da ölkəni yüz milyonlarla dollar gəlirdən məhrum edən sxemdə iştirak edir.

Yazıda həm də qeyd olunur ki, Sudandan qızıl daşınması Putinin Ukraynadakı müharibə səylərini artırmaq üçündür. CNN bildirir ki, 2021-ci ilin dövlət çevrilişində Moskvanın göstərdiyi yardım əvəzində Sudanın hərbi rəhbərliyi getdikcə daha çox rusiyapərəstləşib.

Araşdırmada təqaüddə olan ABŞ rəsmisinə istinadla qeyd olunur ki, çevriliş Rusiya tərəfindən məhz Sudan hakimiyyətində təbii ehtiyatlara maneəsiz çıxış əldə etmək üçün dəstəklənib.

O da vurğulanır ki, Moskva ilə Xartum arasında sövdələşmələrdə mühüm rolu Rusiya prezidenti Vladimir Putinə yaxın olan biznesmen Yevgeni Priqojin oynayır.

CNN-in məlumatına görə, Sudanda Prigojin ilə əlaqəli olan "M-invest" şirkəti həm qızıl hasil edən, həm də təhlükəsizlik xidmətləri göstərən "Meroe Gold" şirkətinə aiddir.

“Dosye” Mərkəzinin məlumatına görə, Sudan qızılının ixracı ilə bağlı əməliyyatlara "Vaqner" PMC-nin yüksək rütbəli şəxslərindən biri kimi istintaqda adı keçən Aleksandr Kuznetsov (Ratibor və ya Radimir kimi tanınır) nəzarət edir. Araşdırmada o da vurğulanır ki, Rusiyanın Sudana ekspansiyası Krımın ilhaqından az sonra başlayıb.

Qızıl tədarükü Qərbin sanksiyalarından yan keçmək üçün effektiv vasitə kimi qiymətləndirilir. CNN bildirir ki, şərh üçün Rusiyanın Xarici İşlər və Müdafiə nazirliklərinə, həmçinin Priqojinin idarə etdiyi şirkətlər qrupuna müraciət olunsa da onlardan cavab almaq mümkün olmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi