RUSİYA ÜÇÜN BÖYÜK İTKİ:

RUSİYA ÜÇÜN BÖYÜK İTKİ: RAKET KREYSERİ MƏHV EDİLDİ!

Ukrayna Ordusunun 2 raket zərbəsilə Rusiyanın “Moskva” raket kreyserinə ciddi zərbə vurduğu haqda dünən axşam saatlarından yayılan məlumatlar təsdiq olunub.

Faktinfo.az AzPolitika.infoya istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə,kreyserdə "yanğın olub", yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.

Bildirilib ki, ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır. Son məlumata görə, kreyser güclü yanğından sonra batıb.

Ukraynanın rəsmi şəxsləri, mətbuata bildirib ki, Rusiyanın “Moskva” raket kreyseri Ukraynanın “Neptun” gəmi əleyhinə raket kompleksi tərəfindən vurulub, nəticədə kreyserdə yanğın baş verib.

Kreyserdə artilleriya, zenit, sualtı qayıq əleyhinə və mina-torpedo silahları var. Gəmidə həmçinin P-1000 Vulkan gəmi əleyhinə raketlər üçün 16 buraxılış qurğusu mövcuddur. Raketlər 1000 km məsafədə olan hədəfləri vura bilir.

Ukrayna Ordusunun bu əməliyyatı misilsiz uğur kimi qiymətləndirilir. 

"Çox böyük hadisədir. Rusiya üçün böyük hərbi itki, daha önəmlisi isə ciddi prestij itkisidir. Çünki "Moskva" Rusiyanın Qara dəniz donanmasının flaqmanı - rus donanmasının qüruru idi. Adının simvolik önəmi də ki, məlum məsələdir...Üç günə Kiyevi tutub, orada parad keçirmək, Ukrayna milli dövlətçiliyini ortadan qaldırmaq niyyəti və lovğalığı ilə savaşa başlayan Rusiyanın düşdüyü duruma baxın...", - siyasi təhlilçi Şahin Cəfərli hadisəni şərh edərkən bildirib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi