Rusiya Ukraynadan sonra bu ölkəyə girə bilər - Lavrovdan açıqlama
"Tanınmamış Dnestryanı bölgədəki rus sülhməramlılarına qarşı hər hansı təhdid Rusiyaya hücum kimi qiymətləndiriləcək". Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov buna misal olaraq Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Rusiya sülhməramlılarına hücumu zamanı Cənubi Osetiyadakı vəziyyəti göstərib.
“Hər kəs başa düşməlidir ki, (regionda) hərbçilərimizin təhlükəsizliyinə təhlükə yarada biləcək hər hansı hərəkət beynəlxalq hüquqa uyğun olaraq Rusiyaya qarşı hücum kimi qiymətləndiriləcək”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Sergey Lavrovun son çıxışı Rusiyanın Ukraynadan sonra Moldovaya hücum etmək risklərini ortaya qoyub./BAKU.WS
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın