RUSİYA UKRAYNANIN KRIMA ƏLİNİN ÇATDIĞINI ETİRAF ETDİ - “Belə hallar çox tez-tez baş verəcək”
Rusiya hakimiyyəti Krımdakı hərbi hissədə yerləşən sursat anbarında baş verən partlayışı diversiya adlandırıb.
AzPolitika.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.
Nazirlik Cankoy ərazisindəki elektrik stansiyası, dəmir yolu və yaşayış evləri də daxil olmaqla, bir sıra infrastuktur nöqtələrinə zərər dəydiyini bildirib. Həmçinin, Rusiya tərəfi ərazidən iki minə yaxın insanın evakuasiya edildiyini xəbər verir. Bununla yanaşı, Cankoydan keçən dəmir yolu xətti də zədələndiyi üçün qatarların hərəkəti dayandırılıb. Yolda qalan qatarların sərnişinləri avtobuslarla mənzil başına çatdırılır.
Maraqlıdır ki, bu dəfə ilk olaraq hadisəni adi texniki qəza kimi təqdim edən Rusiya tərəfi partlayışların Ukrayna tərəfindən törədildiyini etiraf edib. Lakin bunun raket zərbəsi deyil, diversiya aktı olduğunu bildirib.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Bununla yanaşı, Ukrayna hakimiyyəti Cankoydakı partlayışların Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini bəyan edib. Bu barədə danışan Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixail Podolyak deyib ki, bundan sonra belə hallar çox tez-tez baş verəcək.
Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak isə öz “Telegram” kanalında yazıb ki, Krımdakı partlayışların arxasında Ukrayna Silahlı Qüvvələri durur:“Demilitarizasiya davam edir. Krım Ukraynadır!”
Bu xəbər üçün şərh yazın