Rusiya Ukraynaya müharibəsi bu tarixdə başlaya bilər -Baydendən AÇIQLMA
ABŞ prezidenti Co Bayden bəyan edib ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər.
Bu barədə məlumatı "politico.com" portalı yayıb.
Məlumatda bildirilir ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sullivan Rusiyanın Ukraynaya tam müdaxiləsinin fevralın 20-də, Pekin Olimpiadasının bitməsindən əvvəl baş verə biləcəyini qeyd edib. Prezident Bayden isə dünən müttəfiqlərilə müzakirə zamanı Moskvanın beş gün ərzində ehtimal olunan müdaxiləyə başlaya biləcəyini deyib.
“Ukraynadakı ABŞ vətəndaşları mümkün qədər tez və istənilən halda yaxın 24-48 saat ərzində ölkəni tərk etməlidir”, - deyə Sullivan bildirib.
ABŞ rəsmisi bildirib ki, nə olacağını bilmirik, amma risk indi kifayət qədər yüksəkdir və təhlükə indi kifayət qədər anidir, ehtiyatlılığın tələb etdiyi budur.
Fevralın 16-da Rusiyanın Ukraynaya hücuma başlayacağını çoxlu sayda ABŞ rəsmiləri "politico.com" a təsdiqləyiblər və Vaşinqton müttəfiqlərinə bundan əvvəl raket zərbələri və kiberhücumlar ola biləcəyini bildirib.
Bu xəbər üçün şərh yazın