Rusiya Xankəndində nə tikir? Kubmetrlərlə taxta-şalban gətirir
Rusiyanın Fövqəladə Hallar Nazirliyi Qarabağ ermənilərinə yeni humanitar yardım karvanı göndərib.
Ümumilikdə Dağlıq Qarabağa 35 vaqon dolusu humanitar yardım gətirildiyi bildirilir.
RF FHN açıqlamasında deyilir: “Rusiyadan 35 vaqon humanitar yardım Dağlıq Qarabağın zərər çəkmiş rayonlarına yola salınıb. Bu, ən böyük yük partiyasıdır”.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, indiyə qədər doqquz vaqon və 5 dəmiryolu platformasının yükü – 250 tondan artıq mal boşaldılıb. Bu, 10 dizelgenerator, 5 yanğınsöndürmə avtosisterni, dörd UAZ yüngül minik avtomobili, 280 kubmetr taxta-şalban və 35 min məişət avadanlığıdır./Hurriyyet.org
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın