Rusiyada işləmək qaydaları dəyişdirilir - Medvedev sərtləşmə olacağını açıqladı
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru mürəkkəbləşdirilə bilər.
Azərtac xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib. O qeyd edib ki, əcnəbi vətəndaşlara işəgötürəndən təsdiq gəldiyi halda Rusiyada işləmək icazəsi verilməsi məsələsi müzakirə olunur.
D.Medvedev ərəb ölkələrinin bu sahədə təcrübəsindən faydalanmağı təklif edib. Belə ki, bu ölkələrdə işə götürən tərəf əcnəbi vətəndaşa görə tam məsuliyyət daşıyır.
Pandemiya iləəlaqədar Rusiyada miqrantların 40 faizinin işini itirdiyini qeyd edən Təhlükəsizlik Şurasının sədr müavini bmedvelə şəraitdə kriminal durumun pisləşməsi təhlükəsindən ehtiyat etdiyini vurğulayıb.
Onun fikrincə, əmək müqaviləsində işəgötürənin miqrantın davranışına, həm də fors-major vəziyyətlərdə onun maddi durumuna görə məsuliyyət daşıması bəndi yer almalıdır.
Bu xəbər üçün şərh yazın