Rusiyada mitinqöncəsi həbslər: 22 nəfər saxlanıldı
23 yanvar Rusiyada keçiriləcək etirazlarla əlaqədar Aleksey Navalnının tərəfdarları polis tərəfindən saxlanılıb.
Moskvada Navalnının Korrupsiya ilə Mübarizə Fondunun Təhqiqatlar Şöbəsinin əməkdaşı Georgi Alburova, mətbuat katibi Kira Yarmış həbs edilib.
Məlumata görə, Kira Yarmış saxlanılan zaman 1 saatdan çox qapını açmayıb. Vəkili gəldikdən sonra Yarmış qapıları açaraq polisləri içəri buraxıb.
Həbs olunanlar arasında Lyubov Sobol, Vladlen Los da yer alıb. Belarus vətəndaşı olan Losa Rusiyanı tərk etməsi üçün 25 yanvara qədər vaxt qoyulub. Onun ölkəyə girişi 2,5 il qadağan edilib.
Moskvada, həmçinin Vətəndaş Cəmiyyəti Hərəkatının mətbuat katibi Yeqor İlyuşkin də saxlanılıb.
***
Rusiyada sabah Aleksey Navalnının çağırışı əsasında gerçəkləşdirilən etiraz aksiyasından öncə həbs edilənlərin sayı 22-yə çatıb.
Bu məlumatı Rusiya mətbuatı yayıb.
Həbslər Moskva, Arxangelsk, Vladivostok, Volqoqrad, Krasnodar, Kalininqrad, Lipetsk, Novosibirsk, Tümen, Ufa, Çita bölgələrində aparılıb.
Saxlanılanların əsasən Navalnının Korrupsiya ilə Mübarizə Fondunun nümayəndələri olduqları bildirilib./Axar.az
Bu xəbər üçün şərh yazın