Rusiyada nağd pul bazarında dollar biraz da bahalaşıb

Rusiyada nağd pul bazarında dollar biraz da bahalaşıb – Video

Rusiyada nağd pul bazarında dolların dəyəri yeni zirvələrə çatır. Səhər saatlarına olan məlumata görə, 1 dollar 190 rubla çatıb.

Bunu “Banki.ru” saytının monitorinq məlumatları sübut edir.

Rusiyada bir çox valyutadəyişmə məntəqələrində valyuta qurtarıb, boş olduğu üçün açılmır. Rusiya Mərkəzi Bankı isə mövcud vəziyyətə görə Moskva birjasını açmamağa qərar verib.

Xatırladaq ki, Rusiyanın Mərkəzi Bankı yaxın 6 ay ərzində banklara əhaliyə valyuta satmağı qadağan edib. Həmçinin xarici valyutada hesabı olan ruslar yalnız 10 min dollardan çox olmayan məbləği çıxara bilər. Qalanını isə ancaq rublla alacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi