Rusiyadakı hərbi hissə helikopterlə vuruldu -

Rusiyadakı hərbi hissə helikopterlə vuruldu - Video

Səhər saatlarında Bryansk vilayətinin Klintsı şəhərində partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Overheard Klintsy” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, partlayışdan əvvəl səmada aşağı məsafədən helikopter uçub. Helikopter hərbi hissənin üzərində dövrə vurub və iki dəfə atəş açıb.

Eyni zamanda, Klintsının Zaymişçe kəndinin ərazisi atəşə tutulub. Bir neçə evə ziyan dəyib. İlkin məlumata görə, 4 nəfər xəsarət alıb.

Məlumatı Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz da təsdiqləyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi