Rusiyadan etiraf: MDB-də təsirimizi artırırıq!
Rusiyanın digər ölkələrlə inteqrasiyası və MDB dövlətləri arasında təsirini gücləndirməsi Vaşinqtonu qorxudur.
Bu sözləri Rusiya Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Adalbi Şxaqoşev deyib.
“Ölkələr arasında inteqrasiya ildən ilə dərinləşir, ABŞ isə bundan qorxur. Bu inteqrasiya praktik həyat baxımından tamamilə adekvatdır, obyektivdir və realdır – həm mədəni, həm siyasi, həm də müdafiə baxımından”, - Şxaqoşev Blinkenin açıqlamasına cavabında bildirib.
Deputat əlavə edib ki, Rusiyanın MDB ölkələri arasında təsiri yaxşı mənada artacaq və Vaşinqtonu da həyəcanlandıran məhz budur. Çünki ABŞ üçün indi daha güclü və çətin olacaq:
“Rusiyanın MDB ölkələri içərisində təsirinin güclənməsi sözün yaxşı mənasında olacaq: bu təsir obyektiv əlaqələrdir – infrastruktur, dil, ənənə... Blinkeni də narahat edən odur ki, ABŞ hər keçən gün keçmiş Sovet İttifaqı ölkələrinə təsiri itirəcəklər, buna kimsənin şübhəsi olmasın”.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində Rusiyanın Sovet İttifaqı dövründə mövcud olan nizamı bərpa etməyə “çalışdığını” bildirmiş və bunun Vaşinqton üçün qəbuledilməz olduğunu vurğulamışdı.
Bu xəbər üçün şərh yazın