Rusiyadan imtina edib, NATO-ya girməliyik - Qriqoryan
Qərb Ermənistana Rusiyanın qandallarından yaxa qurtarmaqda kömək edəcək, İrəvanın bütün Putin ittifaqlarından çıxmasına dəstək olacaq.
Bu fikirləri erməni siyasi analitik Qalust Qriqoryan bölüşüb.
“Bizə kağız üzərində zəmanət deyil, Ermənistanın NATO və Aİ-yə qəbulu ilə bağlı konkret addımlar lazımdır. Ölkəmiz artıq demokratik, hüquqi dövlətin bütün prinsiplərinə tam uyğun olduğunu sübut edib. Amma Qərb bizdən başq şeylər gözləyir. İlk növbədə Rusiya ilə sağollaşmağı”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Qərb Rusiya və Belarusa sanksiyalarla təzyiq göstərir, İrəvan isə bu ölkələrlə eyni bloklarda olmağa davam edir: “Əgər biz Qərbə “hə” deyiriksə, Rusiyaya “yox” deməliyik”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın